Ruslar  Ukraynada Qərbin silah anbarlarına hücum edib
    • 27-07-2023, 16:16
    • 100

Ruslar Ukraynada Qərbin silah anbarlarına hücum edib

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına, komanda və yerləşdirmə mərkəzlərinə, montaj sexlərinə və pilotsuz katerlərin, eləcə də Qərb silahlarının saxlandığı yerlərə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına, komanda məntəqələrinə və dislokasiya məntəqələrinə, pilotsuz katerlərin montaj sexlərinə, Qərb silahlarının saxlanıldığı yerlərə, habelə raketlərə, silahlara və hərbi texnikaya yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz silahlarından konsentrasiyalı zərbələr endirilib" deyə bildirilib.

Nazirlik zərbələrin məqsədlərinə nail olunduğunu, təyin olunmuş obyektlərin vurulduğunu vurğulayıb.

Aydan