Xudat şəhərindəki Сümə Məscidi xarabalığa çevrilib - FOTOLAR
    • 1-08-2023, 11:39
    • 223

Xudat şəhərindəki Сümə Məscidi xarabalığa çevrilib - FOTOLAR

Xaçmaz rayonunda tarixi məscid xarabalığa çevrilib. 20 ildən artıqdır qapıları bağlı qalan məscidin vəziyyəti barədə aidiyyatı qurumlar məlumatlı olsa da heç bir tədbir görülmür.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, Xudat şəhəri Axundov küçəsində yerləşən Mərkəzi Cümə Məscidi 1993-1995-ci illərdə Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin köməkliyi ilə inşa edilib.

Şeyx Məhəmməd Yaraqlı məscid kimi də tanınan ibadət evi 2001-ci ildən fəaliyyətini tam olaraq dayandırıb.

Tarixi məscidin vəziyyəti barədə rəsmi qurumlar məlumatlı olsa da bu günə qədər heç bir tədbir görülməyib.