ABŞ Ukraynaya növbəti hərbi yardım paketini AÇIQLAYACAQ
    • 8-08-2023, 22:38
    • 177

ABŞ Ukraynaya növbəti hərbi yardım paketini AÇIQLAYACAQ

"ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq".

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. 

“Biz Ukraynanı artilleriya və silahlarla təmin etməyə davam edirik.  Bu həftənin sonunda yeni əlavə yardımlarımız olacaq”, - deyə Dövlət Departamentinin sözçüsü bildirib. 

Qeyd edək ki, Ukrayna münaqişə başlayandan ABŞ-dən 66,2 milyard dollar yardım alıb. 
Günəş Mərd