-
- 11-08-2023, 17:52
- 357
Alimentlər ödənilir? - Çıxış yolu nədir?
Ölkəmizdə Aliment Fondunun yaradılması ilə bağlı səslənən təkliflər yeni deyil. İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində Aliment Fondunun yaradılması ilə bağlı təklifin yenidən irəli sürülüb. Belə ki, təklif ailələr boşandıqdan sonra uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin dövlət tərəfindən ödənilməsini və sonradan borcludan məcburi qaydada alınmasını nəzərdə tutur.
Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da bildirib ki, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət edənlərin sayı olduqca çoxdur. Millət vəkilinin sözlərinə görə, problemin aradan qaldırılması üçün ''Aliment fond''u yaradılmalıdır və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir. Hicran Hüseynova qeyd edib ki, aliment ödəməyənlərin həbsi ilə problemi çözmək mümkün deyil. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır. Millət vəkili əlavə edib ki, məsələ yeniden parlamentdə müzakirəyə çıxarılacaq.
Mövzu ilə bağlı News24.az-a danışan hüquqşunas Orxan Əliyev bildirdi ki, bu gün Azərbaycan məhkəmələri tərəfindən çıxarılan, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurum olan icra şöbələri tərəfindən qanunamüvafiq tədbirlər görülsə də, ödənilməsi təmin edilməyən minlərlə aliment işləri var:
“Aliment ödəməyən şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1. maddəsi ilə inzibati həbs edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum olunması maddələri, “Uşaq hüquqları haqqında qanun”- a əsasən uşaqların mənafeyinin üstün tutulması aliment öhdəliyinin yerinə yetirilməsi üçün uşaqların müdafiəsinə yönəlmişdir”.
Vəkil qeyd edib ki, aliment ödəməyən şəxslərə qarşı sərt cəzaların tətbiqi problemin həlli yolu deyildir:
“Məsələnin həlli yolu dəfələrlə Azərbaycan Respublikası Milli Məclisinin yaradılması təklifi verilmiş Dövlət Aliment Fondunun yaradılmasıdır. Aliment Fondu bir çox ölkələrdə yaradılmışdır. Buna misal Polşa, Hollandiya, Kanada və s göstərmək olar. Azərbaycan Respublikasınən Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması və uşaqlara qayğısını dövlət büdcəsinin sosial yönümlü olmasını nəzərə alaraq əhalinin az gəlirli hissələrinin, xüsusilə aliment ala bilməyən şəxslərin sosial şəraitinin yaxşılaşdırılması baxımından Aliment Fondunun yaradılması daha məqsədəmüvafiq olardı”.
O.Əliyevin sözlərinə görə, Aliment Fondunun yaradılmasında məqsəd uşağın yetkinlik yaşına çatanadək maddi saxlanılması üçün məhkəmələr tərəfindən təyin edilən alimentin borclu tərəfindən könüllü şəkildə ödənilmədiyi halda, həmin vəsaitin müvafiq aliment fondunun hesabına ödənilməsidir, aliment fondunun hesabına ödənilmiş aliment məbləğinin sonradan borclunun əmlak və ya gəlirlərinə yönəldilməsi daha məqsədəmüvafiq olardı”.
Hüquqşunas qeyd etdi ki, Aliment Fondunun hesabına ödənilmiş aliment məbləği sonradan dövlət büdcəsinə məcburi alınması üçün borclunun məşğulluq orqanları vasitəsilə icbari qaydada əməyə cəlb edilməsi mexanizmi işlənib hazırlanmalıdır. Çünki bu mexanizmin işlənib hazırlanması gələcəkdə vətəndaşlarımız tərəfindən də məhkəmələrdə süni aliment iddialarının qaldırılmasının qarşısını alardı.
Bu məsələnin son illərdə aktuallaşdığını deyən Üzeyir Şəfiyev isə əksini düşünür:
“Aliment Fondunun yaradılmasının bir çox problemləri var. Bu məsələ dövləti əlavə maliyyə yükü ilə yükləmək anlamına gəlməməlidir. Hansısa məsuliyyətsiz vətəndaşın ucbatından dövlət maliyyə yükü ilə yüklənməməlidir. Bu fond yaradılarsa bəzi məsuliyyətsiz valideynlər buna rahat yol kimi baxacaqlar. Düşünəcəklər ki, boşanım onsuzda dövlət alimenti ödəyəcək” Sosioloq qeyd etdi ki, Aliment Fondu yaradılsa belə, valideynlərin qazancı hesabına formalaşmalıdır: “Hesab edirəm ki, fond valideynlərin əməyi hesabına formalaşmalıdır, nəinki dövlətin maliyyə yükü hesabına. Əgər belə olarsa boşanmaların da sayında azalmalar baş verər. Mənim fikrimcə, Aliment Fondu yaratmaq yox, alimenti ödəyən valideynləri işlə təmin etmək daha yaxşı olardı. Valideynləri işlə təmin etdikdən sonra Aliment Fondunu valideynlərin gəliri hesabına yaratmaq olar”
Aydan Beydullayeva