Danimarka Quranın yandırılmasını QADAĞAN EDİR
    • 25-08-2023, 17:48
    • 151

Danimarka Quranın yandırılmasını QADAĞAN EDİR

Danimarka hökuməti Quran və digər müqəddəs kitabların yandırılmasını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcək.


News24.az xəbər verir ki, bu barədə Danimarkanın ədliyyə naziri Peter Hummelqard bildirib.


Nazir müqəddəs kitablara hücumların yeganə məqsədinin nifrət və nifaq salmaq olduğunu və sözügedən qanun layihəsinin hazırda dövlət bayraqlarının yandırılmasını qadağan edən qanunla birləşdiriləcəyini deyib.

Hummelqard qanunla həm müqəddəs kitabların yandırılmasını, həm də dini dəyərlərə uyğun olmayan davranışları qadağan edəcəklərini vurğulayıb:“Bu qanun Quranı və İncili açıq şəkildə yandıranları cəzalandıracaq”.

Danimarka xarici işlər naziri Lokke Rasmussen isə məsələ ilə əlaqədar belə deyib: “Bu, Danimarkanın dünyaya göndərmək istədiyi mühüm mesajdır”.

Sözügedən təklifin 179 yerlik parlamentə nə vaxt təqdim ediləcəyi ilə bağlı məlumat verilməyib.

Ayşən