Danimarkanın Baş naziri: "Quranın yandırılmasını qadağan etmək ifadə azadlığını məhdudlaşdırmır"
    • 4-08-2023, 11:13
    • 137

Danimarkanın Baş naziri: "Quranın yandırılmasını qadağan etmək ifadə azadlığını məhdudlaşdırmır"

Danimarkanın baş naziri Mette Frederiksen ölkəsində Qurana edilən hücumlardan danışıb.

News24.az xəbər verir ki, o, müqəddəs kitabların yandırılması ilə bağlı mümkün qadağanın ifadə azadlığını məhdudlaşdırmayacağını bildirib. 

“Təhlükəsizlik riski var. Bu, həm də bizi beynəlxalq səviyyədə təcrid olunmaq riskinə məruz qoyur. Tərəfdaşlıq və ittifaqlar qurmaq üçün çox səy göstərdiyimiz bir vaxtda ciddi problemdir”, – deyə Frederiksen bildirib.