İranlı ağır atletə ağır CƏZA VERİLDİ
    • 30-08-2023, 17:14
    • 253

İranlı ağır atletə ağır CƏZA VERİLDİ

İranlı ağır atlet İsrail təmsilçisi ilə xatirə şəkli çəkdirdiyinə görə cəzalandırılıb.

News24.az xəbər verir ki, dünya veteranlarının yarışında İran idmançısı Mustafa Rəcai ikinci, İsrail idmançısı isə üçüncü olub. Mükafatlandırma mərasimindən sonra onlar xatirə şəkli çəkdiriblər.

Ağır Atletika Federasiyası veteranların dünya çempionatı zamanı İran komandasının veteran ağır atletinin hərəkətini pisləyərək, Mustafa Rəcai və komandasının rəhbəri Həmid Salehinia tutduqları vəzifələrdən uzaqlaşdırıb və bu sahənin veteranlar komitəsini ləğv edib.

Aynurə