Britaniyanın müdafiə naziri istefa verdi
    • 31-08-2023, 11:49
    • 100

Britaniyanın müdafiə naziri istefa verdi

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib.

News24.az xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb. O, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunaka məktub ünvanlayıb.

Ben Uolles məktubda indiyədək dövlətə töhfə verməkdən şərəf duyduğunu bildirib. 

Uolles Sunaka rəhbərliyinə görə təşəkkür edib və onun ölkənin müdafiəsinə verdiyi töhfəni qeyd edib. Nazir müdafiə şöbəsinə rəhbərlik etdiyi illərdə altıncı nəsil GCAP qırıcısı olan AUKUS alyansının, Milli Kiberqüvvələrin qərargahının yaradılması işlərində iştirak etməsindən qürur duyduğunu bildirib. 

Qumral