Mask "X" üçün yeni planını AÇIQLADI
    • 1-09-2023, 09:33
    • 84

Mask "X" üçün yeni planını AÇIQLADI

Əvvəllər Tvitter kimi tanınan "X" sosial şəbəkəsi tezliklə istifadəçilərə səsli və video zənglər etməyə imkan verəcək.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Elon Mask məlumat verib. 

Xüsusiyyət iOS və Android istifadəçiləri üçün nəzərdə tutulub. 

Mask, bu xidmət üçün telefon nömrəsinə ehtiyac olmayacağını bildirib.

Sözügedən xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyini isə açıqlamayıb.
Günəş Mərd