Putindən böyük HƏMLƏ!
    • 1-09-2023, 12:38
    • 166

Putindən böyük HƏMLƏ!

Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı Vaqner qoşunları arasında təmizlik aparacağı və bunun əvəzinə serb muzdluları və ya Çeçenistan lideri Ramazan Kadırovun qüvvələrinin nəzərdən keçirildiyi iddia edilib.

News24.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qlobal kəşfiyyat xəbər saytı "Intelligence Online" iddia edib ki, Moskva Vaqnerdəki ekstremist sərkərdələr arasında təmizləmə əməliyyatı keçirməyi və muzdlu serb hərbi qruplarını Ukraynaya yerləşdirməyi planlaşdırır.  Xəbər saytının özəl mənbələrdən apardığı araşdırma nəticəsində Vaqner üsyanından sonra Rusiya Ukraynanın bu vəziyyəti dəyərləndirib kütləvi hərbi əməliyyatlara başlamasından qorxur. 

 Serbiyanın əvvəllər bu təşəbbüsə qarşı çıxmadığı, lakin Vaqner cəhdindən sonra Ukraynada Rusiya adına döyüşən muzdluların əleyhinə çıxdığı da əldə edilən məlumatlar arasındadır. Bosniya müharibəsində bosniyalılara qarşı qəddarlığı və soyqırımı ilə tanınan serb muzdluları 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalı zamanı Moskva ilə bərabər döyüşüblər.

Rusiyanın ən böyük müxalifət media orqanı olan “The Moscow Times”ın yazdığına görə, Putin də hesab edir ki, o, sadiq Çeçenistan lideri Ramazan Kadırovu və onun silahlı qüvvələrini Vaqnerin boşaldığı yerlərdə yerləşdirə bilər. Lakin Rusiya Baş Qərargahı hesab edir ki, Kadırovun qüvvələri aktiv hərbi əməliyyatlarda istifadə üçün uyğun deyil.

Bildirilir ki, Rusiya Baş Qərargahı bu səbəbdən Kadırova isti baxmır. Rusiya Müdafiə Nazirliyi də Kadırovun mülki şəxslərə qarşı sərt hərəkətlərinin döyüş bölgəsinə mənfi təsir edəcəyini düşünür. 

Aydan