Aliyə Ramazanova VƏFAT ETDİ
    • 1-09-2023, 16:08
    • 376

Aliyə Ramazanova VƏFAT ETDİ

Əməkdar artist, rəqqasə Aliyə Ramazanova dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə aparıcı Saleh Bağırov sosial şəbəkə hesabında bildirib.

A. Ramazanova ilə çəkdiyi sonuncu verilişdən video paylaşan aparıcı bunları qeyd edib: "Rəqs sənətinin magikanlarından olan Aliyə Ramazanova dünyasını dəyişdi... Bu verlişi iyun ayında çəkdik. Çox sevinmişdi... Sonuncu çəkilişi oldu. Yaxşı ki, ürəyini sevindirib, xatirəsini əbədiləşdirdik! Ruhunuz şad olsun sənətkar".

Qeyd edək ki, 82 yaşlı Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artistidir.