Rusiyanın buna ehtiyacı var - Podolyak
    • 2-09-2023, 16:15
    • 94

Rusiyanın buna ehtiyacı var - Podolyak

Rusiyanın sülhə yox, müvəqqəti fasiləyə ehtiyacı var.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak X-da yazıb.

“Rusiyaya işğal olunmuş ərazilərdə möhkəmlənmək, ordunu yenidən qruplaşdırmaq, səfərbərlik həyata keçirmək, Avropada bir neçə qorxulu təxribat həyata keçirmək üçün saxta danışıqlar lazımdır. Bu, münaqişə yox, aqressorun uduzmalı olduğu genişmiqyaslı müharibədir. Tam sülh üçün yeganə təminat Ukraynaya daha çox silah tədarüküdür”, - müşavir bildirib.