"Türkiyə Zelenskidən cavab istəyə bilər" - Türkiyəli POLİTOLOQ
    • 4-09-2023, 18:33
    • 293

"Türkiyə Zelenskidən cavab istəyə bilər" - Türkiyəli POLİTOLOQ

Rusiyalı analitik şərhçi Sergey Markov bildirib ki, Ukrayna prezidenti Zelenski Putinlə Ərdoğan arasında aparılan danışıqlara müdaxilə edib. 

“Zelenski Ərdoğanı təhqir edib. Ərdoğanın əsas düşməni Fertullah Gülənlə fəal əməkdaşlıq edən Rüstəm Umerovu müdafiə naziri təyin edib. Türkiyə lideri Zelenskinin bu təhqirinə necə cavab verəcək?”

Mövzu ilə bağlı News24.az-a danışan beynəlxalq əlaqələr üzrə türkiyəli ekspert İsmail Cingöz  deyib ki, qarşıdakı günlərdə Türkiyə rəsmi olaraq bu mövzuya münasibət bildirəcək.

“Rusiyanın Ukraynaya hücumundan öncə və sonra da Türkiyə diplomatiyasını tərəfsiz şəkildə davam etdirən yeganə ölkədir. Türkiyə NATO ölkəsi olmasına baxmayaraq, Qara dəniz vasitəsilə qonşuları olan Ukrayna və Rusiyaya qarşı ABŞ və Avropanın embarqo tələblərinə əməl etməyib. Bu günə qədər də eyni mövqedədir. Bu mövqe Birləşmiş Millətlər Təşkilatını və bəzi Qərb ölkələrini narahat edir.

ABŞ və bəzi Qərb dövlətləri Rusiyaya qarşı sanksiya tətbiq edərək bir çox ölkələri də buna çəkməyə çalışıblar. Lakin Türkiyə bitərəf şəkildə siyasət yürüdüb. Ən son Zelenskinin Türkiyəyə səfəri zamanı Türkiyə və Rusiyanı qarşı-qarşıya qoymaq üçün bir sıra açıqlamalar verib. Türkiyə və Rusiyanı arasındakı diplomatik münasibətləri pozmaq istəyən qüvvələr Zelenskiyə belə bir açıqlamaq verməyə məcbur etmiş ola bilər. Halbuki Türkiyə prezidenti Soçidə Putin ilə görüşü çərçivəsində vasitəçilik rolunda çıxış edir. Başda "Taxıl sazişi" olmaqla mövcud vəziyyət, həmçinin Krım məsələsi və münaqişənin bitməsi kimi bir sıra mövzular müzakirə edilir”.

Politoloqun sözlərinə görə, bu səbəbdən Zelenskinin FETÖ ilə adı hallanan birini nazirlik postuna gətirməsi təəccüblüdür: 

“Türkiyə Zelenskidən cavab istəyə bilər".

Ayşən Rəhim