İranda qadın intiharları:
    • 5-09-2023, 18:16
    • 117

İranda qadın intiharları: "HƏR GÜN MOLLA REJİMİNƏ GÖRƏ 15 NƏFƏR.."

İranda intiharların artması tendensiyası, xüsusən də qadın intiharlarının çoxluğu molla rejiminin məşum idarəçiliyinin təsir və nəticələrindən biridir.

News24.az xəbər verir ki, bu barədə “İran News Wire” məlumat yayıb.

“Bütün digər məsələlər kimi, həyat həvəsini və ümidini bərpa etməyin yeganə yolu öz suverenliyinin maraqlarından və qorunub saxlanmasından başqa heç nəyi düşünməyən, insanların həyat və sağlamlığını tənzimləyən bu soyğunçu və xalqa zidd rejimdən qurtulmaqdır. Onlar üçün heç bir dəyər yoxdur”, - nəşr yazır.

Son iki onillikdə intihar nisbətinin artması

İran Sosiologiya Assosiasiyasının məlumatına görə, İranda intihar nisbəti ilə bağlı təqdim olunan statistik məlumatlar göstərir ki, son iyirmi ildə ölkədə intihar nisbəti 44% artıb.

İran Tələbələr Xəbər Agentliyi (İSNA) 2019-cu ilin mart ayında məhkəmə tibbinə istinadən verdiyi hesabatda 2017 və 2018-ci illərdə müvafiq olaraq 5101 və 5143 tam intihar hadisəsi baş verdiyini yazıb. Bu statistika polisin intihar hadisələri adı altında dərc etdiyi statistikadan az qala 20% yüksəkdir. 

Digər tərəfdən intihara cəhdlərin çoxu ölümlə nəticələnmir və insan xilas olur. Həmçinin, bir çox hallarda intihar edən şəxsin ətrafında olan insanlardan “nüfuzunu qorumaq” və ya bu kimi hallar ucbatından gizlədilir və statistikada qeyd olunmur.

YUNESKO-nun Sosial Sağlamlıq və İnkişaf kafedrasının üzvü, sosioloq Məhəmməd Əli Məhəmmədi də deyib ki, “İranda intihar getdikcə artan bir fenomen kimi qəbul edilir və ölkəmiz İslam ölkələri arasında üçüncü yerdədir. Hər 100.000 nəfərdən 125-i intihar edir, Həmçinin 2009-cu ildən İranda hər gün 15 nəfər intihar edir”.

Ayşən