İranda hökümət əleyhinə nümayişlər: MOLLA REJİMİ HƏRƏKƏTƏ KEÇDİ
    • 8-09-2023, 19:26
    • 300

İranda hökümət əleyhinə nümayişlər: MOLLA REJİMİ HƏRƏKƏTƏ KEÇDİ

İran rejimi 22 yaşlı Məhsa Əmininin qətlinin ildönümü ərəfəsində hökumət əleyhinə nümayişlərin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İran hakimiyyəti kütləvi etiraz aksiyalarının başlaması ehtimalına qarşı hərəkətə keçib.

Artıq sentyabrın 7-də İranın təhlükəsizlik xidməti etiraz aksiyalarının təşkilatçıları şəbəkəsinin həbs edildiyini açıqlayıb. 

Məlumata görə, bundan əvvəl, bir qrup qadın hüquq müdafiəçisi “fitə salmaq” ittihamı ilə rejim tərəfindən saxlanılıb.

Ayşən