ABŞ xəbərdarlıq etdi: İranda hökumət əleyhinə etirazlar dalğası gözlənilir
    • 8-09-2023, 12:05
    • 148

ABŞ xəbərdarlıq etdi: İranda hökumət əleyhinə etirazlar dalğası gözlənilir

İran hakimiyyəti Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində hökumət əleyhinə nümayişlərin qarşısını almaq üçün tədbirlər görməyə davam edir. 

News24.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hesabatında deyilir.

Onların sözlərinə görə, sentyabrın 7-də İranın təhlükəsizlik xidməti etiraz aksiyalarının təşkilatçıları şəbəkəsinin həbs edildiyini açıqlayıb.

Bundan əvvəl, avqustun 17-də ölkə hakimiyyəti dövlət ittihamına əsasən, Məhsa Əmininin qətlinin ildönümündə “xaos və vandalizm təşkil etmək” planlarına görə bir qrup qadın hüquq müdafiəçisini həbs edib.

Akqabay