Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçirir
    • 14-09-2023, 13:29
    • 131

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçirir

Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri birgə təlim keçirir.

News24.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik hesabatda deyib.

Bildirilib ki, təlimdə sualtı hücum və müdafiə bölmələri iştirak edir.

Qeyd olunub ki, hazırlıqlar sentyabrın 8-də başlayıb, sabah, ayın 15-də başa çatacaq.