Qatarın vurduğu yeniyetmə ÖLDÜ
    • 14-09-2023, 21:12
    • 127

Qatarın vurduğu yeniyetmə ÖLDÜ

Türkiyənin Salihli rayonunda qatarın vurduğu yeniyetmə ölüb.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qatar relsləri keçmək istəyən 18 yaşlı Muhammet Vehbi Yıldızı vurub.

Gənc aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 
Günəş Mərd