Talibandan Azərbaycanla bağlı açıqlama
    • 16-09-2023, 15:52
    • 349

Talibandan Azərbaycanla bağlı açıqlama

Əfqanıstana nəzarət edən Taliban hərəkatı Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazır olduğunu bəyan edib.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "CBC-Azerbaijan” telekanalına müsahibəsində hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.

Onun sözlərinə görə, "Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasına yüz faiz hazırdır: "Biz bununla bağlı zəmin yaratmağa və lazımi işləri görməyə hazırıq. Biz də istərdik ki, Azərbaycanda bizim nümayəndələrimiz olsun”.

Z.Mücahid vurğulayıb ki, "Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Məlum olduğu kimi, ərazi bütövlüyü məsələsi Əfqanıstan üçün son dərəcə vacibdir. Hesab edirəm ki, bu, Azərbaycan üçün də eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir”.