İrəvanla sülh sazişi imzalamaq ən vacib məsələdir
    • 6-10-2023, 22:23
    • 165

İrəvanla sülh sazişi imzalamaq ən vacib məsələdir

Ermənistanla sülh sazişi imzalamaq, sərhədlərin demarkasiyası və “yaxşı qonşular kimi” digər proseslərə başlamaq ən vacib olan məsələdir.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov BNR radiosuna müsahibəsində deyib.

“Biz Ermənistanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq və onların da bizə qarşı eyni münasibət bəsləməsini istəyirik”, - o qeyd edib.

Səfir Qarabağın erməni sakinlərinin çoxmillətli ölkədə məskunlaşmasına Azərbaycan tərəfindən heç bir maneənin olmadığını vurğulayıb. Diplomat onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası planlarından da danışıb:

“Əgər Qarabağı könüllü olaraq tərk edən erməni sakinlər geri qayıtmaq istəsələr, qapımız üzlərinə açıqdır”.

Səfir xatırladıb ki, Azərbaycan da vəziyyəti yerində qiymətləndirmək üçün BMT missiyasını Qarabağa dəvət edib:

“Onlar oktyabrın 1-də regiona səfər ediblər və öz hesabatlarında mülki infrastruktura heç bir ziyan dəymədiyini qeyd ediblər”.