Toyda qeyri-adi hadisə: Prezidentin çıxışı ayaqüstə izləndi - VİDEO
    • 16-10-2023, 14:07
    • 575

Toyda qeyri-adi hadisə: Prezidentin çıxışı ayaqüstə izləndi - VİDEO

Ötən gecə şəhər restoranlarının birində maraqlı hadisə yaşanıb. 

News24.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə fotoqraf-videoqraf Həmid Həmidli instaqram hesabında paylaşım edib. Paylaşımda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə etdiyi çıxışı toy iştirakçılarının ayaqüstə izlədiyi görünür.

Qeyd edək ki, oktyabrın 15-i Prezident İlham Əliyev Ağdərə, Xankəndi, Xocalı, Xocavənd şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.