Bizi Tofiq Hüseynovun dəstəsi qurtardı - Zərərçəkmiş
    • 25-10-2023, 12:04
    • 116

Bizi Tofiq Hüseynovun dəstəsi qurtardı - Zərərçəkmiş

Bizi ermənilərin hücumundan Milli qəhrəman Tofiq Hüseynovun dəstəsi qurtardı. 

News24.az-ın məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində elan olunan zərərçəkmiş Firuzə Mehraliyevanın ifadəsində göstərilib. İfadədə qeyd edilib ki, o uşaq ikən Xoşalı şəhərindən Meşəli kəndinə köçüb və orada ailə həyatı qurub: ".Səhər saat 6-da ailə üzvlərinə birlikdə evdə idik. Səhər tezdən evimizi gülləbaran etdilər. Biz döşəmənin altında gozləndik. Yoldaşım yaralandı, bir nəfər alçaq boylu dəmir kaskalı erməni silahı mənə tərəf tutdu. Sonra mənim bədənimə təpiklə vurmağa başladı. Milli qəhrəman Tofiq Hüseynovun dəstəsi gəlib bizi ermənilərin hücumundan qurtardı. 

Bizim evə hücum edən ermənilər dəmir maskalı idi. Birinin qulağında sırğa var idi. 

Novruzun evinə hücum.edən Armanis, Eres, Kolya idi. Onlar Badara kəndində yaşayırdı. Hazırda sağ böyrəyin işləmir. Ermənilərin işgəncələrindən bu vəziyyətə düşmüşəm hələ də həkim nəzarətindəyəm". 

Samir Əli