Vəziyyət gərginləşir - İran da hərəkətə keçdi...
    • 27-10-2023, 12:56
    • 135

Vəziyyət gərginləşir - İran da hərəkətə keçdi...

Suriyanın Deyr əz-Zor əyalətində amerikalı hərbçilərin nəzarətində olan hərbi bazada partlayışlar baş verib. 

News24.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Mənbələrin məlumatına görə, hərbi obyekt atəşə tutulub. Hadisənin nəticələri barədə məlumat yoxdur.

Xatırladaq ki, bundan əvvəl ABŞ silahlı qüvvələri Co Baydenin göstərişi ilə Suriyada İrana aid iki obyektə zərbələr endirib.

Akqabay