"Yaşayarıq, görərik" - Şəfiqə Məmmədova DANIŞDI
    • 27-10-2023, 14:29
    • 590

"Yaşayarıq, görərik" - Şəfiqə Məmmədova DANIŞDI

Gələn ay birləşmiş Azərbaycan Kinematoqrafçılar Birliyinin toplantısı keçiriləcək.

Bunu News24.az-a açıqlamasında Respublika Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova dedi.

Onun sözlərinə görə, həmin toplantı zamanı birliyin yeni rəhbərliyi müəyyən ediləcək:

"Azərbaycan Kinematoqrafçılar Birliyinin toplantısı noyabr ayında keçiriləcək. Hazırda hüquqşünaslar birliyin yeni nizamnaməsi üzərində işləyirlər. Toplantının yığıncaq, qurultay yaxud konfrans adlandırırlacağına hüquqşünaslar qərar verəcəklər. Bu işlə ciddi məşğuluq. Noyabrda vahid təşkilatın qurulması prosesi başa çatacaq. Təşkilatın yeni rəhbərliyi də bu toplantıda müəyyən ediləcək".

Xalq artisti "Siz yeni rəhbərlikdə təmsil olunacaqsınızmı?" sualına isə "Yaşayarıq, görərik..." cavabını verdi. 

Qumral Əliyeva