Ukraynanın cəhdləri boşa çıxdı – Rusiya Müdafiə Nazirliyi
    • 3-11-2023, 15:48
    • 122

Ukraynanın cəhdləri boşa çıxdı – Rusiya Müdafiə Nazirliyi

Xerson istiqamətindəki rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin (ASQ) bölmələrinin Dnepr çayının sol sahilinə enmək və möhkəmlənmək cəhdlərinin qarşısını alıb. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Xerson istiqamətində artilleriya atəşi reydləri və rus qoşunlarının qabaqlayıcı tədbirləri nəticəsində düşmənin cəhdləri boşa çıxıb.

Ülkər Abdurahmanlı