Türkiyəli nazir: “ABŞ dünya tarixinin üz qarasıdır”
    • 4-11-2023, 13:42
    • 87

Türkiyəli nazir: “ABŞ dünya tarixinin üz qarasıdır”

“ABŞ dünya tarixinin üz qarasıdır”.

News24.az “Report”a istinadla xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbulda keçirilən İsrail-HƏMAS müharibəsi ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ dünyadakı müharibə cinayətlərinə göz yumur: “Bu gün beynəlxalq hüquq görməzdən gəlinir. Heç bir qətnamə işləmir”.

Nazirin sözlərinə görə, beynəlxalq təhlükəsizlik sistemi bu gün mövcud problemləri həll edə bilmir.