TƏCİLİ!!! Azərbaycanda polis BU QIZI AXTARIR - FOTO
    • 16-11-2023, 10:53
    • 1 025

TƏCİLİ!!! Azərbaycanda polis BU QIZI AXTARIR - FOTO

Naftalan şəhərində 27 yaşlı qız itkin düşüb.

News24.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Ucar rayon Küçəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Fatimə Quliyeva noyabrın 11-də Naftalanda yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli hicab və dini geyim olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin 050-664-94-00, 050-242-26-66 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.