Körpüdə terror aktı - Ölənlər var - VİDEO
    • 23-11-2023, 00:00
    • 282

Körpüdə terror aktı - Ölənlər var - VİDEO

ABŞ-Kanada sərhədindəki Niaqara şəlaləsi üzərindəki körpüdə güclü partlayış nəticəsində 2 nəfər ölüb.

News24.az APA-ya istinadən bildirir ki, bu barədə ABC News məlumat yayıb.

İlkin məlumatlara görə, Kanadadan ABŞ-a daxil olan avtomobildə partlayış baş verib.

Fövqəladə vəziyyətin səbəbləri açıqlanmayıb. Lakin Foxnewshadisənin terror aktı olduğunu bildirib. FTB araşdırma aparır.

İki ölkə arasında quru keçidləri dayandırılıb.