"Bu tarixi Ali Baş Komandan yazdı"
    • 29-11-2023, 11:55
    • 122

"Bu tarixi Ali Baş Komandan yazdı"

Heydər Əliyev kimi liderləri olmayan xalqların tarix boyu və indi hansı hadisələrə məruz qaldığı məlumdur. 

News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı konfransda millət vəkili Rəşad Mahmudov deyib. 

Onun sözlərinə görə, Azərbaycan xalqının ən böyük fəxri Ulu Öndərin xalqın ən kritik vaxtlarında yanında olması, faciələrdən qoruması, indi şanlı günlərimizi yaşamağımıza səbəbdir:

“Son 3 il də yaşadıqlarımızı etiraf etməliyik ki, 30 il ərzində düşünməzdik. Şükürlər olsun ki, tarixi günlər bizə imkan verdi ki, xalq və cəmiyyət olaraq özümüzü tanıda bilək. Antiterror əməliyyatından sonra yuxudan oyandıq. Bu gün Xankəndidə universitet açmaq, “Qarabağ” komandasının Xankəndi stadionunda oynaması tarixi anlardır. Bu tarixi Ali Baş Komandan yazdı”.

Qumral