SON DƏQİQƏ!!! Bakıda DƏHŞƏT - Ana körpəsini taksidə qoyub QAÇDI - FOTO
    • 9-12-2023, 10:31
    • 279

SON DƏQİQƏ!!! Bakıda DƏHŞƏT - Ana körpəsini taksidə qoyub QAÇDI - FOTO

Bakıda anası tərəfindən atılmış uşaq sığınacağa yerləşdirilib.

News24.az xəbər verir ki, ötən gecə paytaxt ərazisində naməlum qadın azyaşlı körpəsini taksidə qoyaraq uzaqlaşıb. O, sürücüyə su alıb qayıdacağam deyərək geri dönməyib.

Taksi sürücüsü hadisə ilə bağlı polisə müraciət edib. Polisin müşayiəti ilə azyaşlı “Qadın və Uşaq Sığınacağı”na yerləşdirilib.

Sığınacaqdan bildirilib ki, körpə qidalanıb və orada ona yer ayrılıb, səhhətində hər hansı problem yoxdur.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.