Azərbaycanda dəhşət - məktəblilər xəstəxanaya yerləşdirildi
    • 18-12-2023, 12:34
    • 516

Azərbaycanda dəhşət - məktəblilər xəstəxanaya yerləşdirildi

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

News24.az APA-ya istinadən bildirir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.