Azərbaycanda bacılar vanna otağında qazdan zəhərləndi
    • 20-12-2023, 23:32
    • 165

Azərbaycanda bacılar vanna otağında qazdan zəhərləndi


Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Kənd sakinləri, iki bacı - 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilib.