Azərbaycan və Rusiya XİN-ləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələr keçirilib
    • 22-12-2023, 19:30
    • 204

Azərbaycan və Rusiya XİN-ləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələr keçirilib


Dekabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası xarici işlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib.

XİN-dən News24.az-a verilən xəbərə görə, məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər.