Məşhur müğənni həbs olundu - VİDEO
    • 24-12-2023, 22:19
    • 484

Məşhur müğənni həbs olundu - VİDEO

Müğənni Atilla Taşın həyat yoldaşı Məltəm Taş ilə getidyi əyləncə məkanın sahibləri ilə mübahisəsi həbslə bitib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, Beşiktaşda getdiyi məkanda həddindən artıq spirtli içkinin təsiri altında dava salan məşhur müğənni Atilla Taş polis qruplarına müqavimət göstərib. Hadisə ulduz məkandan çıxarıldıqdan sonra baş verib. Sosial mediada sözügedən mübahisənin video görüntüləri üzə çıxıb.

Videoda Atilla Taşın polisləri təhqir etdiyi, hədə-qorxu gəldiyi və söyüşlər səsləndirdiyi məlum olub. Cütlüyün polis məntəqəsində də sakit dayanmadığı üzə çıxıb. Polisə müqavimət, zorakılıq və təhqir ittihamı ilə nəzarətdə saxlanılan Atilla Taş tutularaq həbsxanaya göndərilib. Həyat yoldaşı isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.