Abdullahian Lavrovla nəyi müzakirə etdi?
    • 27-12-2023, 11:30
    • 143

Abdullahian Lavrovla nəyi müzakirə etdi?

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında danışıqların gedişini alqışlayıb.

News24.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

“Telefon danışığı zamanı tərəflər Cənubi Qafqazda baş verən prosesləri, ikitərəfli əməkdaşlığın gedişatını və ikitərəfli münasibətləri müzakirə ediblər. Onlar həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər”, - deyə agentlik yazır.

Bölgədə baş verən hadisələrdən danışan Abdullahian Ermənistan və Azərbaycan arasında danışıqlarda irəliləyişi alqışlayıb.

“O, İranın regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş səyləri dəstəklədiyini vurğulayıb”, - İRNA bildirib.

Ayşən