Bakıda Qazaxıstanın məşhur qrupunun konserti olub - FOTO
    • 11-04-2019, 11:12
    • 1 012

Bakıda Qazaxıstanın məşhur qrupunun konserti olub - FOTO

Bakıda Qazaxıstanın “Mezzo” musiqi qrupunun konserti olub. Konsert Qazaxıstanın ölkəmizdəki səfirliyinin və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşıb.

News24.az
xəbər verir ki, tədbirdə Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev bildirib ki, “Mezzo” - klassik və pop musiqisinin elementlərinin sintezi olan klassik krossover musiqi üslubunda çıxış edən məşhur vokal qrupudur və qrup ilk dəfədir Azərbaycanda konsert proqramı təqdim edir.

2012-ci ildə yaradılan və 4 istedadlı gəncdən ibarət “Mezzo” qrupu Andrea Boçelli, İl Divo, Coş Qroban, Alessandro Safina, Elton Con, Elvis Presli və Frenk Sinatra kimi ifaçıların repertuarlarından olan mahnılara kaver versiyalarını və özlərinin yazdığı mahnıları dünyanın müxtəlif dillərində ifa edirlər.

Musiqi təhsilinə və incə, yaradıcı zövqə malik qrupun solistləri seçdikləri musiqi istiqamətinin qanunlarına riayət etməklə və ifa etdiyi hər bir mahnıda öz üslubunu işləməklə pop musiqisinin təkrarolunmaz interpretasiyasını təqdim edirlər.

Qrup həm Qazaxıstan, həm də xaricdə qastrollarda uğurla çıxış edir. Gənc ifaçılar Astana, Nyu-York, London, Qahirə və Kiyevdə alqışlarla qarşılanıblar.

Sonra qrupun təqdimatında Qazaxıstan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edilib.