Sabiq futbolçu vəfat etdi - FOTO
    • 6-01-2024, 09:30
    • 314

Sabiq futbolçu vəfat etdi - FOTO

Məşhur braziliyalı sabiq futbolçu və məşqçi Mario Zaqallo 93 yaşında vəfat edib.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat onun rəsmi "Instagram" səhifəsində yerləşdirilib.

"Əbədi dünya çempionumuz Mario Xorxe Lobo Zaqallonun vəfatını böyük təəssüf hissi ilə bildiririk. Fədakar ata, mehriban baba, qayğıkeş qayınata, sadiq dost, qalib olan peşəkar və böyük insan", - deyə paylaşımda bildirilib.

Braziliyalı sabiq futolçu yeganə şəxsdir ki, müxtəlif vəzifələrdə dörd dəfə Dünya Kubokunu qazanıb: iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970) və bir dəfə köməkçi məşqçi (1994) vəzifəsində.