-
- 12-01-2024, 17:01
- 271
Əvəz Zeynallıya 10 il iş istənildi - VİDEO
Rüşvət almaqda ittiham olunan jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
News24.az “Qafqazinfo”ya istinadla bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.
Prokuror müttəhimlərin ittiham edildikləri maddələrlə təqsirli bilinmələrini, Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.
R.Şükürov da Ə.Zeynallı ilə birgə ittiham olunur. O da küllli miqdarda rüşvət almaqda ittiham edilir.