Blogerlər prokurorluğa çağırıldı
    • 15-01-2024, 17:29
    • 103

Blogerlər prokurorluğa çağırıldı

İranın Kirman əyalətinin Zərənd şəhərində 5 bloger və sosial media fəalı Prokurorluğa çağırılıb.

News24.az xəbər verir ki, bununla bağlı hüquq müdafiəçiləri məlumat veriblər.

Zərənd şəhərinin İnqilab prokuroru Rza Yəqubi blogerlərin sosial şəbəkələrdə “əxlaq normalarına zidd video və fotolar paylaşdıqlarına görə” çağırıldıqlarını bildirib.

Blogerlərin kimliyi və barələrində irəli sürülən ittihamlarla bağlı açıqlama verilməyib.

Aynurə