Bloger Hüseyn həbs edildi - SƏBƏB
    • 16-11-2023, 00:26
    • 348

Bloger Hüseyn həbs edildi - SƏBƏB

Təbrizli sosial media fəalı Hüseyn Mənuçöhri həbs edilib. 

News24.azxəbərverir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Hüseyn 10 gün əvvəl yoxa çıxıb. Onunla əlaqə saxlamaq mümkün olmayıb. Bu yaxınlarda ailəsi ilə qısa telefon əlaqəsi saxlayan gənc həbsdə olduğunu deyib.

Onun həbsinin səbəbi və irəli sürülən ittihamlar, eləcə də harada saxlanılması barədə məlumat yoxdur.

Qeyd edək ki, sosial media fəalı son vaxtlar ölkədəki ictimai və iqtisadi məsələlərlə bağlı tənqidi fikirlərini paylaşırdı. Saxlanılmasının paylaşımlarına görə olduğu ehtimal edilir.

Aynurə