Azərbaycanda ağır qəza: ölən və yaralananlar var
    • 18-01-2024, 07:32
    • 190

Azərbaycanda ağır qəza: ölən və yaralananlar var


Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

News24.az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş berib.

1981-ci il təvbəllüdlü Vaqif Yarış oğlu Qəhrəmanovun idarə etdiyi "Grand Cherokee" markalı avtomobillə 1990-cı il təvəllüdlü Tural Nayib oğlu Rəhmanovun idarə etdiyi "Opel" markalı avtomobilin toqquşması nəticəsində "Opel"in sürücüsü, habelə sərnişinlər - Naxçıvan şəhər sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Səyyarə Bayram qızı, 1987-ci il təvəllüdlü Pənahova Aynurə Zöhrab qızı, 2003-cü il təvəllüdlü Şirinova Sama Vüqar qızı xəsarət alıb.

1985-ci il təvəllüdlü Nəzərov Ramin Yaqub oğlu isə hadisə yerindəcə ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.