Röyanı heç belə görməmisiniz - Dava-dalaş VİDEOsu
    • 24-01-2024, 21:10
    • 367

Röyanı heç belə görməmisiniz - Dava-dalaş VİDEOsu

"Maşın şou" layihəsinin yenidən başlayıb-başlamayacağı haqda son günlər sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Müzakirələrin getdiyi ərəfədə şounun arxiv kadrları da tez-tez paylaşılır. 

Bu dəfə Xalq artisti Röya Ayxanın iştirak etdiyi "Maşın şou"dan görüntülər paylaşılıb.

News24.az yenisabah.az-a istinadən xəbər verir ki, görüntülərdə R.Ayxan müğənni Ayaz Qasımovla mübahisə edir və hisslərini cilovlaya bilməyib qışqıra-qışqıra danışır. 

Videoda Röyanın nə dediyini tam ayırd etmək çətindir.

Röya Ayaz Qasımova təxminən bu sözləri deyir: "Mən səninlə rəqabət etmirəm, sənin nəyinlə rəqabət edim, buna ehtiyacım yoxdur, sən bunu başa düşmürsən?! Sən mənim rəqibim deyilsən!"

Röya bu sözləri qışqıra-qışqıra, az qala ağlayaraq söyləyir.

Görüntülər qısa zaman ərzində müxtəlif platformalarda yayılaraq müzakirələrə səbəb olub.

Həmin kadrları təqdim edirik: