“Şərab Tanrının hədiyyəsidir, əsl sevinc mənbəyidir” – Papa
    • 24-01-2024, 21:22
    • 184

“Şərab Tanrının hədiyyəsidir, əsl sevinc mənbəyidir” – Papa

Roma Papası Frensisk şərabı “Tanrının hədiyyəsi” adlandırıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, bu barədə Vatikanda İtaliyanın şərab istehsalçıları görüşündə danışıb.

Papanın sözlərinə görə, şərab Tanrının hədiyyəsi və onu içənlər üçün əsl sevinc mənbəyidir.

Frensiskin fikrincə, şərab, torpaq, əkinçilik və sahibkarlıq qabiliyyətləri Tanrıdan bir nemətdir:

“Yaradan bunları bizə əmanət edib, çünki diqqətimiz və dürüstlüyümüzlə onları əsl sevinc mənbəyinə çeviririk”.

Papa həmçinin şərab istehsalçılarını sağlam içki vərdişlərini təşviq etməklə yanaşı, işçiləri və ətraf mühitə hörmətlə yanaşmaq kimi əxlaqi və mənəvi öhdəlikləri üzərində düşünməyə çağırıb.