TƏCİLİ! Sumqayıtda silahlı şəxslər SAXLANILDI - FOTO
    • 4-02-2024, 17:17
    • 938

TƏCİLİ! Sumqayıtda silahlı şəxslər SAXLANILDI - FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb. 

News24.az bildirir ki, ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.

Həmçinin, Sumqayıt ŞPİ-nin 1-ci PB  əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir