Şimali Koreyada robotlar işə götürüldü
    • 5-02-2024, 13:34
    • 245

Şimali Koreyada robotlar işə götürüldü

Rusiya Federasiyasının promobot robotları Pxenyan Universitetində işləməyə başlayıb. Onlar Android Pxenyandakı bir neçə təhsil müəssisəsində müəllim köməkçisi kimi işə götürülüb.

News24.az bildirir ki, bu barədə Gazeta.Ru-ya Promobot şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Tərtibatçıların fikrincə, layihə ölkənin təhsil sektorunun müasirləşdirilməsi üçün nəzərdə tutulub. İşinin bir hissəsi olaraq, Promobot robotu mühazirələr oxuyacaq, testləri yoxlayacaq və tələbələrin suallarını cavablandıracaq.

Bildirilib ki, bu robotlar ölkənin digər universitet və məktəblərində də olacaq.

Nəzrin