Paşinyan Marukyanı vəzifəsindən azad etdi
    • 4-03-2024, 14:39
    • 253

Paşinyan Marukyanı vəzifəsindən azad etdi

Edmon Marukyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilib.

News24.az APA-ya istinadən bildirir ki, Ermənistan Respublikasının Baş nazirinin qərarına əsasən, o postundan azad edilib.

"Parlaq Ermənistan" partiyasının sədri Edmon Marukyan 2022-ci il martın 14-də xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.

Fevralın 29-da Edmon Marukyan Baş nazir Nikol Paşinyana vəzifəsindən azad edilməsi barədə ərizə təqdim etdiyini açıqlayıb. Marukyan qərarını fundamental xarici siyasət məsələlərində hakimiyyətlə baxış fərqləri ilə əsaslandırıb.