Türkiyə Nazirlər Kabinetinin iclası keçirilir
    • 4-03-2024, 17:00
    • 134

Türkiyə Nazirlər Kabinetinin iclası keçirilir

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.

News24.az xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.

Qeyd edək ki,  toplantı prezident iqamətgahında baş tutur.

Toplantının əsas müzakirə mövzuları Qəzzadakı vəziyyət, F-16 qırıcılarının tədarükü, həmçinin terrorla mübarizədir.

Bundan başqa, digər daxili məsələlər, o cümlədən Ramazan bayramı ərəfəsində qiymət artımına nəzarət də gündəlikdədir.

Mehriban Mirzəzadə