10 il əvvəl yoxa çıxdı..
    • 8-03-2024, 18:10
    • 159

10 il əvvəl yoxa çıxdı..

2014-cü il martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus 370 saylı reysi planlaşdırılan marşrutdan çıxıb və Malay yarımadası üzərindən qərbə dönüb.

News24.az xəbər verir ki, Boeing 777 tipli təyyarədə 15 ölkədən 239 nəfər olub. Ehtimal olunur ki, radarla əlaqə kəsildikdən sonra təyyarə kursdan çıxıb və bir neçə saat cənuba uçub.

Bəzi rəsmilər təyyarənin yanacağı bitdikdən sonra Hind okeanına düşdüyünə inansalar da, uzun illər davam edən axtarışlar heç bir cavab vermədi.

Nə qurbanlar, nə də təyyarə tapılıb.

Təyyarənin kursdan çıxmasının səbəbi və onun dəqiq yeri bu gün bütün zamanların ən böyük aviasiya sirlərindən biri olaraq qalır.

Günel Məlikzadə