Bakıda yeniyetmə qız 12-ci mərtəbədən yıxıldı
    • 10-03-2024, 16:20
    • 189

Bakıda yeniyetmə qız 12-ci mərtəbədən yıxıldı

Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Akademik Feyzulla Qasımzadə küçəsi, bina 25 ünvanında yerləşən “Gözəl Bakı” yaşayış kompleksində 2010-cu il təvəllüdlü Şeyla S. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb.

14 yaşlı qız hadisə yerində dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)