Makron Kiyevə gedir
    • 11-03-2024, 15:35
    • 171

Makron Kiyevə gedir

Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək. 

News24.az xəbər verir ki, bu barədə "AFP" xəbər yayıb.

 Agentliyin məlumatına görə, bu qərar bazar günü Makronla Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan telefon danışığından sonra qəbul edilib.

Söhbət zamanı iki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahəsində əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.